Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda hərbçi vəfat etdi – FOTO

Bakıda hərbçi vəfat etdi – FOTO

Birinci Qarabağ müharibəsinin veteranı, Bakı şəhər 67 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər oğlu Əhmədov qəfil dünyasını dəyişib.

Birinci 24 xəbər verir ki, 55 yaşlı müəllim dekabrın 9-da saat 23 radələrində qəflətən vəfat edib.

Qeyd edək ki, O.Əhmədov 1991-2002-ci illərdə Ordu sıralarında xidmət edib.

O, Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında Kəlbəcər-Ağdərə, Murovdağ, Füzuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak edib.
2002-ci ildə tərxis olunub. 2004-cü ildən 67 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbər vəzifəsində işləməyə başlayıb.

admin

Related Posts