Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrail atəşkəsdən sonra Qəzzada 3500-dən çox hədəfə zərbə endirib

İsrail atəşkəsdən sonra Qəzzada 3500-dən çox hədəfə zərbə endirib

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS hərəkatının Qəzza zolağındakı hədəflərinə 3500-dən çox zərbə endirib.

Birinci24.com xəbər verir ki, bu barədə IDF-nin “Telegram” kanalıdəki bəyanatında bildirilib.

“HƏMAS əməliyyat fasiləsini pozduqdan və IDF döyüşləri bərpa etdikdən sonra İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 3500-dən çox terrorçu hədəfə zərbələr endirib”, – bəyanatda deyilir.

Bəyanatda, həmçinin iddia edilir ki, Qəzzada müharibə başlayandan bəri 22 min 000 “terror hədəfi” vurulub.

Qeyd edək ki, dekabrın 9-da HƏMAS bildirib ki, İsrail Müdafiə Qüvvələrinin hücumları nəticəsində Qəzza zolağında 100-dən çox məscid və 3 xristian kilsəsi dağıdılıb. HƏMAS həmçinin qeyd edib ki, İsrail qüvvələri anklavdakı tarixi abidələrin böyük hissəsinə hücum edib.

Editor

Related Posts