Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb 

Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb 

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan cavab olaraq bildirib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

***

Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb.

Hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 2010-cu il təvəllülü Allahverdizadə Şakir Həsənxan oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun məktəbli yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts