Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Teylor Sviftdən rekord qazanc

Teylor Sviftdən rekord qazanc

Məşhur amerikalı müğənni Teylor Sviftin Eras musiqi turu çərçivəsində nə qədər qazandığı məlum olub.

Birinci 24 xəbər verir ki, sənətçi 906 milyon dollar rekord gəlirə imza atıb.

Onun ABŞ, Meksika və Cənubi Amerikada dörd milyondan çox bilet satıb. Bu məbləğə sənətçinin yayım, əməkdaşlıq, məhsul satışları və “Taylor Swift: The Eras Tour (2023)” adlı konsert filmindən əldə etdiyi gəlir daxil deyil.

Qeyd edək ki, ifaçının sərvəti Eras musiqi turu sayəsində 1 milyard dollardan çoxdur.

admin

Related Posts