Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazirlikdən ƏMƏLİYYAT: Silahlar aşkarlandı – FOTO

Nazirlikdən ƏMƏLİYYAT: Silahlar aşkarlandı – FOTO

Beyləqan və Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər zamanı tapılan iki ədəd Kalaşnikov konstruksiyalı “AK-74” markalı avtomat, iki ədəd avtomat sandığı və 36 ədəd patron müvafiq qaydada götürülüb.

Həmçinin, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində iki nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Bundan əlavə,sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. Ərazinin zibillənməsi halları ilə bağlı beş nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

admin

Related Posts