Today Şənbə, 19th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qonorar nə olur olsun o məclislərə getmirəm”

“Qonorar nə olur olsun o məclislərə getmirəm”

Müğənni Xatirə İslam açıqlaması ilə gündəmə gəlib.

Birinci 24 xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbər-ətər” verilişində getdiyi el şənliklərindən söhbət açıb.

Xatirə bu zamana qədər kişi məclislərində iştirak etmədiyini bildirib:

“23 ildir ki, efirdəyəm. Mən heç vaxt kişi məclislərində oxumamışam. Orada madiyyat nə olursa olsun (yüksək qonorarı nəzərdə tutur – red.) kişi məclislərinə getmirəm. Bu zamana kimi də getməmişəm. Kişi məclislərinə gedən qadın müğənnilərə pis baxmıram. Bu, normaldır. Sənətçi, sənətkar hər yerdə oxuya bilər”.

Müğənni proqramın gedişatında xına məclislərinə getdiyini, lakin xına-dekor biznesi ilə artıq məşğul olmadığını dilə gətirib.

admin

Related Posts