Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Zara”nın yeni reklamı boykota səbəb oldu – Fələstinlilərdən üzr istədi

“Zara”nın yeni reklamı boykota səbəb oldu – Fələstinlilərdən üzr istədi

“Zara” Fələstin tərəfdarlarının etirazlarından sonra yeni kolleksiyası üçün reklam kampaniyasından imtina edib.

Birinci24.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, “The Jacket” adlı kampaniya fotolarında “Zara” modelinin əlində ağ parça ilə bükülmüş manekenlər çatlamış divar fonunda əks olunub:

“Fotoşəkillərin birində bir qız çiynində maneken tutur. Digəri isə qolsuz manekeni göstərir.
Paylaşımlardan sonra “Zara”nın İnstaqramında on minlərlə şərh gəlib, istifadəçilər bu şəkilləri Qəzza zolağında öldürülən fələstinlilərin cəsədlərinə bənzədiyinə görə “iyrənc” və “utanc verici” adlandırıblar. Bir çox insan şərhlərdə Fələstin bayrağı qoyub və markanı boykot etməyə çağırıb.

“X” sosial şəbəkəsində də #BoycottZara həştəqi ilə çoxsaylı yazılar yer alıb və Böyük Britaniyada Fələstin tərəfdarları “Zara” mağazalarından birinin qarşısında etiraz aksiyası keçiriblər.

Böyük Britaniyanın Reklam Standartları Təşkilatı (ASA) bildirib ki, “Zara” reklam kampaniyasından sonra istifadəçilərdən 110 şikayət alıb”.

Bildirilir ki, İnstaqramda “Zara” reklam kampaniyası dərc etdikdən sonra 150 min abunəçisini itirib.
Şirkət öz növbəsində anlaşılmazlığa görə təəssüfləndiyini və üzr istədiyini bildirib:

“Kolleksiya iyulda hazırlanıb və sentyabrda çəkilib və yalnız bədii kontekstdə əl işi geyimləri nümayiş etdirmək məqsədi ilə yaradılıb. Ancaq bəzi müştərilər indi silinən şəkillərdən inciyiblər”.

Editor

Related Posts