Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək – Ermənistan KİV

Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək – Ermənistan KİV

Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası üzrə komissiyanın yeni iclasının tarixi və yeri hələ müəyyən edilməyib.

Birinci24.com Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu jurnalistlərə baş nazirin müavini Mher Qriqoryan deyib.

Rəsmi hesab edir ki, noyabrın 30-da Tavuş vilayətində sərhəddə baş tutan görüşdən sonra ilin sonuna qədər yeni təmaslar mümkünsüzdür. “Bununla belə, artıq tərəflər iş qaydalarını təsdiqləyib və müvafiq olaraq, yaxın gələcəkdə yeni görüşün tarixini razılaşdırmaq mümkün olacaq”, – deyə M. Qriqoryan əlavə edib.

Hökumət başçısının müavini bildirib ki, sərhədin delimitasiya və demarkasiyası illərlə uzana bilər, çünki bu, kifayət qədər mürəkkəb prosesdir. Tərəflər prosesi eksklüziv olaraq topoqrafik, peşəkar xəritələrdən, habelə hüquqi əhəmiyyət kəsb edən sənədlərdən istifadə etməklə aparacaqlar.

Qriqoryan işin alqoritmini təqribən belə təsvir edib: iclaslar zamanı komissiyaların hər biri öz xəritəsini və ya xəritənin fraqmentini, hüquqi sənədləri təqdim edir, sonra təqdim olunan sənədlər ətrafında fikir mübadiləsi başlayır.

Qriqoryanın sözlərinə görə, tərəflər sərhədin hər bir hissəsi, hər bir fraqmenti üzrə razılığa gəlməli olacaqlar.

Xatırladaq ki, noyabrın 30-da Azərbaycan və Ermənistan sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkə arasında sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının beşinci iclası keçirilib.

Editor

Related Posts