Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qarabağdakı sülhməramlılar regionda sülhün əsas təminatçısıdır” – Şoyqu

“Qarabağdakı sülhməramlılar regionda sülhün əsas təminatçısıdır” – Şoyqu

“Suriya və Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingenti bu regionlarda sülhün qorunmasının əsas təminatçısıdır”.

Birinci24.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin genişləndirilmiş hərbi kollegiyasında bildirib.

“Rusiya hərbi qrupları Suriya və Qarabağda sülhün qorunmasının əsas qarantı olmaqda davam edir”, – Şoyqu bildirib.

Şoyqu Rusiyanın Suriya və Qarabağdakı hərbi və sülhməramlı kontingentlərinin rəsmi şəkildə və bu ölkələrin qanuni hakimiyyətinin dəvəti ilə fəaliyyət göstərdiyini ifadə edib.

Editor

Related Posts