Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aysun:”Hər kişinin işi deyil ki, başqasının uşağına soyadını versin”

Aysun:”Hər kişinin işi deyil ki, başqasının uşağına soyadını versin”

“Mən ata sevgisini bu insanda yaşamışam”

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “ATV”-də yayımlanan “7 Tamam” verilişində qonaq olduğu zaman deyib.

Hər zaman Fazil bəyə olan sevgisini dilə gətirməkdən çəkinməyən Aysun, ondan gördüyü sevgini heç vaxt bioloji atasından görmədiyini etiraf edib:

“Fazil müəllim mənə sözün əsl mənasında ata olub. O, elə ata olub ki, bir çox bioloji atallar belə elə deyil. Mən onun haqqını heç vaxt itirə bilmərəm. O, anamdan çox narahatdır mənim üçün. Efirə çıxanda zəng edir, deyir narahat olma baxıram. Nəsə olsa mən buradayam. Kimsə məni incitsə, bilirəm ki, arxam, dayağım var. Heç vaxt məni öz övladından seçməyib deyə, onun atalıq borcunu ödəyə bilmərəm və atanın nə olduğunu Fazil müəllimdən öyrənmişəm. Hər kişinin işi deyil ki, başqasının övladına ata olsun, soyadını versin. Mən hal-hazırda sənəddə Əmiraslanova gedirəm. Onun doğma qızı kimi”.

admin

Related Posts