Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda keçirilən boks üzrə beynəlxalq turnirdə bütün yarımfinalçılar müəyyənləşib

Bakıda keçirilən boks üzrə beynəlxalq turnirdə bütün yarımfinalçılar müəyyənləşib

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə bütün yarımfinalçılar müəyyənləşib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, 1/4 final mərhələsinin son görüşlərinin ardından daha 5 çəkidə mübarizəni davam etdirən boksçular bilinib.

Azərbaycan millisinin 6 üzvü çıxışını qələbə ilə başa vurub. Yarımfinala vəsiqə qazanan idmançılar ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın dördüncü günündə yarımfinalın 26 görüşü olacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək.

1/4 final

57 kq
Tağı Nəsibov (Azərbaycan) – Elbrus Kərimli (Azərbaycan) 5:0
Ruslan Ruşanov (Azərbaycan) – Janseri Koşerbayev (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib
Məhəmmədəli Aşurəliyev (Azərbaycan) – Yazan Alqhamdi (Səudiyyə Ərəbistanı) 5:0
Adam Macidov (Rusiya) – Maqomedrasul İbrahimov (Rusiya) 0:5

63,5 kq
Səid Yunusov (Özbəkistan) – Janqir Aldaberqenov (Qazaxıstan) 5:0
Mehrab Abbasov (Azərbaycan) – Muhammed Miniqbayev (Tacikistan) 3:1
Ruslan Qafurov (Tacikistan) – Saken Yermek (Qazaxıstan) 5:0
Renat Krepştul (“Röyal” klubu, Litva) – İbrahim Zeynalov (Azərbaycan) 3:2

67 kq
Hüseyn Hacıyev (Azərbaycan) – Rustamjon Aşurov (Tacikistan) 4:1
Rövşən Abbasov (Azərbaycan) – Abbasqulu Şadlinski (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib
Dias Serikuli (Qazaxıstan) – Ayxan Zeynallı (Azərbaycan) 5:0
Torexan Sabirxan (Qazaxıstan) – Abdulla Çerqesov (Rusiya) 5:0

80 kq
Şamil Saqidoldayev (Qazaxıstan) – İlfan Xəlilli (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Hüseyn Hüseynli (Azərbaycan) – Cavohir Mexriddinov (Özbəkistan) 0:5
Feras Salem (Səudiyyə Ərəbistanı) – Şamil Nəcəfov (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib
Tunar Cəfərov (Azərbaycan) – Madiyar Behultanov (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

admin

Related Posts