Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Daha 6 nəfərin prezidentliyə namizədliyi təsdiqləndi

Daha 6 nəfərin prezidentliyə namizədliyi təsdiqləndi

Mərkəzi seçki Komissiyası (MSK) 6 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Birinci24.com Trend-ə istinadla xəbər verir ki, bunu MSK-nın iclasında Komissiyanın katibi Arifə Muxtarova bildirib.

Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələni səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Editor

Related Posts