Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Səsə oyandım, sən demə, çarpayının səsi imiş, silkələnirdim” – Əməkdar artist

“Səsə oyandım, sən demə, çarpayının səsi imiş, silkələnirdim” – Əməkdar artist

“Daha sonra özümü toparlamağa başladım və yatmağa çalışdım”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri tanımış müğənni Şölə Səfərəliyeva yenicag.az-a açıqlamasında deyib.

Səhər saatlarında baş verən zəlzələnin təsirindən hələ çıxa bilmədiyini deyən sənətçi həmin an yaşadıqlarını dilə gətirib:

“Səhər tezdən səsə oyandım. Sən demə, çarpayımın səsi imiş. Silkələnirdim. Həmişə ayağımın altında, yorğanın üstündə yatan pişiyim qəfildən hoppandı.

Bir anlıq yuxarı baxanda gördüm, çilçıraq tərpənir. Videonu da qardaşım üçün çəkdim. Çünki bu gün onlar evdə deyildilər, rayona getmişdilər. Vahiməli atmosferdə idim.

Pişiyim qorxusundan çarpayının altına girdi və oradan çıxmadı. Bayırda qadınlar qışqırırdı, təşviş içində qalmışdılar.

Həyəcanla gözlədim, düşündüm ki, zəlzələ təkrarlansa, neyləyəcəm. Küçə də soyuq. Daha sonra özümü toparlamağa başladım və yatmağa çalışdım”.

admin

Related Posts