Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əməkdar artistə qarşı dələduzluq: “Mənə hədə-qorxu gəlir”

Əməkdar artistə qarşı dələduzluq: “Mənə hədə-qorxu gəlir”

Əməkdar artist Səbinə Babayeva dələduzluqla üzləşib.

Birinci24 informasiya agentliyi xəbər verir ki,müğənni bu haqda özü məlumat yayıb.

O, məsələ ilə bağlı polisdən yardım istəyib:

“Problemim 4 aydır həll olunmur. Dələduzların qurbanı olmuşam. Qanun yaranmış problemin həllinə yalnız 6 ay göstərir. Bu ilin avgustun ortalarında Gəncə şəhərində avtomaşınlar satılan salondan nəğd pulla maşın almışam. Gəncədən qayıdandan səhəri günü müəyyən olundu ki, maşında naməlum nasazlıq var. Axırıncı 4 ay müddətində şəhərimizin ən yaxşı ustaları bu nasazlığı tapa bilmədilər. Maşını mənə satan şəxsə irad bildirərkən, pulumu qeri qaytarılmasını tələb etdikdə maşının nasaz olduğunu boynuna aldı. Kobudluq və hədə-qorxu gəldi ki, mənə verdiyi etibarnaməni ləğv edəcək.

Sizdən xahiş edirəm, bu çıxılmaz vəziyyətdə mənə kömək edəsiniz. Haqq-ədalətin bərqərar olmasında, nasaz avtomobil satan və mənə hədə-qorxu gələn insanların Azərbaycan qanunlarının nəzərdə tutduğu cəzaya cəlb olunmasında, pulumun geri qaytarılmasında mənə dəstək olmağınızı xahiş edirəm”.

admin

Related Posts