Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şamaxıda polis vətəndaşı güllələyib qətlə yetirdi – Hadisənin şöbədə baş verdiyi deyilir

Şamaxıda polis vətəndaşı güllələyib qətlə yetirdi – Hadisənin şöbədə baş verdiyi deyilir

Ötən gün – dekabrın 21-də polis əməkdaşı vətəndaşı güllələyib.

Birinci24.com xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir.

“Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib. S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. O polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib”, – məlumatda deyilir.

Qeyd olunub ki, Saday Manafov polis əməkdaşıdır.

Məsələ ilə bağlı Şamaxı Rayon Prokurorluğu da məlumat yayıb.

“Dekabrın 21-də saat 18:30 radələrində Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır”, – məlumatda deyilir.

Hər iki qurum məlumatlarında, hadisənin harada baş verməsinə aydınlıq gətirməyib.

”Report”un yaydığı məlumata görə, hadisə Şamaxı Rayon Polis Şöbəsində baş verib.

Editor

Related Posts