Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran XİN tezliklə Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyinə ümid edir

İran XİN tezliklə Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyinə ümid edir

Naser Kənani: “Tərəflər Azərbaycanın Tehrandakı səfirliyinin işinin bərpası üçün “yol xəritəsi”ni müəyyən ediblər”

Dekabrın 25-də İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Naser Kənani brifinqdə Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvar olduğunu bildirib.

O, bu ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin məhkəməsi və “iki ölkə arasında qalan məsələlərin həlli üzrə” birgə səylər barədə məlumat verib.

Naser Kənaninin sözlərinə görə, tərəflər Azərbaycanın Tehrandakı səfirliyinin işinin bərpası üçün “yol xəritəsi”ni müəyyən ediblər.

“İnşallah, ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağıq”, – Kənani deyib.

Nasir Kənani. Foto: Mehr agentliyi

O, söhbətin hansı danışıqlardan getdiyini və Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsinin necə başa çatdığını açıqlamayıb.

İranın Bakıdakı səfirliyi məlumat yayıb ki, dekabrın 23-də İran və Azərbaycanın baş prokurorları onlayn konfrans zamanı qarşılıqlı anlaşma memorandumunun hazırlanması da daxil olmaqla, ikitərəfli hüquqi əməkdaşlıq haqqında son sazişləri müzakirə ediblər.

Bu ilin yanvarın 27-də İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycan səfirliyinə silahlı hücum edib. Səfirliyin mühafizə rəisi Orxan Əsgərov öldürülüb, daha iki mühafizəçi yaralanıb.

Rəsmi Bakı baş verənləri İranın rəsmi strukturlarının əli olduğu terror aktı kimi dəyərləndirib, təşkilatçıların ciddi cəzalandırılmasını və baş verənlərə müvafiq qiymət verilməsini tələb edib.

Bundan dərhal sonra səfirliyin bütün tərkibi Azərbaycana təxliyə edilib.

İl ərzində İran hakimiyyəti baş verənləri terror aktı kimi tanımayıb və hücumçunun cəzalandırıldığını bildirməyib. Azərbaycanda yüzlərlə inanclı şəxs İrana casusluqda ittiham edilərək saxlanılıb, sonradan müxtəlif maddələrlə ittiham olunub.

Editor

Related Posts