Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub

“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 26 dekabr 2023-cü il tarixli sərəncamı ilə Sara Nurəddin qızı Əzimova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.

Sara Əzimova bundan əvvəl “Şərq qapısı” qəzetində müxbir, şöbə müdiri, məsul katib müavini kimi fəaliyyət göstərib.

2016-cı ildən isə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü idi.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə medianın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

admin

Related Posts