Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran XİN-dən türk nazirin Zəngəzur açıqlamasına şərh

İran XİN-dən türk nazirin Zəngəzur açıqlamasına şərh

Türkiyə yollar nazirinin açıqlamaları ilə bağlı ətraflı məlumatım yoxdur.

Birinci24.com Təsnim-ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.

O əlavə edib: “Biz sülh və sabitlik, iqtisadi və ticari əməkdaşlıq, nəqliyyat və tranzit yaratmaq üçün regional əməkdaşlığın genişləndirilməsini vurğulayırıq. Amma ticarət əməkdaşlığının inkişafı regionda geosiyasi və sərhəd dəyişiklikləri üçün bəhanə ola bilməz”.

Xatırladaq ki, Türkiyənin yollar naziri Əbdülkadir Uraloğlu İranın da Zəngəzur dəhlizinə qoşulmaq istədiyini vurğulayıb: “Bunu İran tərəfinə deyirik. Dedik ki, bu dəhlizdən sizə bir qovşaq verə bilərik. Onların da bu mənada tələbi var. Biz bunu da müzakirə edirik. Bizim üçün Zəngəzur dəhlizi vazkeçilməzdir. Türkiyə tərəfində ərazilərimizlə bağlı addımlar atdıq, 224 kilometrlik bir hissə idi. Təxminən 5 ilə işi bitirdikdə, ümid edirəm ki, 2028-ci ildə bütün marşrutu həyata keçirmiş olacağıq”.

Editor

Related Posts