Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilir

Naxçıvanda Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilir

Birinci24 informasiya agentliyi xəbər verir ki, yanvarın 8-də Naxçıvan şəhərində Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilir.

Forumda Azərbaycan Milli QHT Forumunun rəhbər heyəti və Naxçıvan Muxtar Respublikası üzrə qeydiyyatda olan qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Regional forumda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkədə baş verən böyük dəyişikliklər, inkişaf prosesi əsas müzakirə mövzularından biridir.

Qeyd edək ki, AMQF-nin regional forumları bu gün başa çatır. Yanvarın 10-da Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.

admin

Related Posts