Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb

Naxçıvanda narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb

Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan şəhəri ərazisində “VAZ2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Elçin Kərimlinin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

E.Kərimli barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

admin

Related Posts