Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qriqoryan Şahin Mustafayevlə müzakirə olunacaq məsələləri açıqladı

Qriqoryan Şahin Mustafayevlə müzakirə olunacaq məsələləri açıqladı

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası yanvarın sonunda baş tutacaq.

Birinci24.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan məlumat verib.

O, konkret gün, vaxt və yerin əlavə olaraq razılaşdırılacağını qeyd edib.

Qriqoryan həmçinin bildirib ki, ilkin razılaşmalara əsasən, iclasda əvvəlcə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə layihəsi müzakirə olunacaq:

“Bu layihədə birgə iş zamanı istifadə olunacaq sənədlərin və hüquqi əhəmiyyət kəsb edən aktların növləri və tipləri aydın göstərilməli, müvafiq hüquqi əsaslarla səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş və nəşr edilmiş SSRİ-nin ən son topoqrafik xəritələri və bu kimi digər məsələlər müəyyən edilməlidir”.

Editor

Related Posts