Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda 14 yaşlı qız canlı efirdə xalasının əri və ögey atasından cinsi zorakılıq gördüyünü etiraf etdi 

Azərbaycanda 14 yaşlı qız canlı efirdə xalasının əri və ögey atasından cinsi zorakılıq gördüyünü etiraf etdi 

Bakıda qız xalasının əri və ögey atası tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir Dairəsi” verilişə müraciət edən 14 yaşlı qız proqramın aparıcısı Lalə Azərtaşa danışıb.

Yeniyetmə ögey atası və xalasının ərinin ona qarşı uyğunsuz hərəkətlər etdiyini bildirib. Qız evdən qaçaraq verilişə gəlib.

Qızın anası isə efirə gələrək övladının yalan danışdığını, doğmalarının onu əzizləmək, oxşamaq niyyətində olduğunu bildirib.

Efirə gələn ögey ata da aparıcıya qızın yalan danışdığını söyləyib:

“Mən onu qucaqlayıb saçını sığallamışam”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev oxu.az-a bildirib ki, 14 yaşlı qızın təhlükəsizliyi tam təmin olunub və müvafiq sığınacağa yerləşdirilib:
“Polis orqanında təhqiqat araşdırması aparılır. Tərəfimizdən zəruri tədbirlər görülür”.

Daha ətraflı videomaterialda:

Editor

Related Posts