Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ən çətini isə anamdan gizlətmək idi” – Aynişan anasından xəbərsiz…

“Ən çətini isə anamdan gizlətmək idi” – Aynişan anasından xəbərsiz…

Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyevanın “Maska” şousundakı iştirakından xəbərsiz olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu haqda müğənni özü bildirib. O qeyd edib ki, qızının iştirakı onu təəccübləndirib:

“Yarışmanı ilk dəfə Rusiya kanallarının birində ötəri izləmişdim. Doğrusu, bu qədər maraqlı gəlməmişdi. Sonra Gülyanaq Məmmədovanın çıxışını izləyəndə heyran qaldım. Hər dəfə izləyirdim, çox bəyənirdim. Hədsiz maraqlı səhnə personajları, münsif var. Bir sözlə, inanılmaz möhtəşəm layihə. Amma Aynişan, sənin burada iştirakın məni hədsiz həyəcanlandırdı və qürurlandırdı, mənim nəfəsim. Səninlə fəxr edirəm, Aynişan”.

A.Haşımovaya qızı Aynişan “Ən çətini isə anamdan gizlətmək idi. Hər an səni axtaran, anamdan” cavabını verib.

admin

Related Posts