Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ordubad-Culfa Seçki Dairəsi üzrə treninq keçirilib

Ordubad-Culfa Seçki Dairəsi üzrə treninq keçirilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir. Növbəti təlim Ordubad rayonunda təşkil olunub.

Treninqlərə 6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə məntəqə seçki komissiyalarının üzvləri cəlb olunub. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunub.

Həmçinin treninqlərə cəlb olunan əməkdaşlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər.

Qeyd edək ki, məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində davam etdirilən treninqlər Naxçıvanda yanvarın 22-də başa çatacaq.

admin

Related Posts