Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İmran Xana daha 14 il həbs verildi – Cəzası 24 il oldu

İmran Xana daha 14 il həbs verildi – Cəzası 24 il oldu

Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif “Ədalət Hərəkatı” Partiyasının lideri İmran Xanı və onun həyat yoldaşı Büşra Bibini korrupsiya və xarici hədiyyələrin satışı ilə bağlı cinayət işi üzrə 14 il həbs cəzasına məhkum edib.

Birinci24.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hökm çıxarılarkən Büşra Bibi məhkəmə zalında olmayıb.

Həbs müddəti ilə yanaşı, ər-arvad məhkəmənin qərarı ilə on il müddətinə hər hansı dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib. Məhkəmə həmçinin müttəhimlərin hər birini 787 milyon rupi (4 milyon 780 min manatdan çox) cərimələyib.

Bu, Xanın iki gündə ikinci məhkumluğudur. Bir gün əvvəl Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. O vaxtdan indiyədək ona qarşı 150-dən çox iş qeydə alınıb.

Editor

Related Posts