Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan korrupsiyalaşmış ölkələrin siyahısında yer alıb

Azərbaycan korrupsiyalaşmış ölkələrin siyahısında yer alıb

Beynəlxalq “Transparency International” təşkilatı 2023-cü ildə korrupsiyanın səviyyəsinə görə ölkələrin indeksini açıqlayıb. 

Birinci24.com xəbər verir ki, siyahıda Azərbaycan ötən il olduğu kimi, 180 ölkə arasında 154-cü yeri tutub.

Hər ölkənin göstəricisi ən azı üç mənbə, korrupsiya probleminə həsr olunmuş 13 sorğu və araşdırma əsasında müəyyən edilir. Bu məlumatların toplanması Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla, bir sıra nüfuzlu təşkilatlar tərəfindən həyata keçirilir. 

İndeksin hazırlanmasında istifadə olunan mənbələrdə dövlət sektorunda korrupsiyanın rüşvəxtxorluq, büdcə vəsaitlərindən təyinatı üzrə istifadə olunmaması və s. kimi təzahürləri nəzərdən keçirilir:

Təşkilatın açıqladığı siyahıda ən çox korrupsiyalaşmış ölkələr Somali, Venesuela, Suriya, Cənubi Sudan, Yəmən, Şimali Koreya, Nikaraqua, Haiti, Qvineya və Türkmənistan olub.

Azərbaycanun qonşularından Ermənistan siyahıda 62-ci, Gürcüstan 49–cu, İran 149-cu, Türkiyə 115–ci, Rusiya 141-ci yeri tutub.

Editor

Related Posts