Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Lətifənin biznes profili oğurlandı

Lətifənin biznes profili oğurlandı

Lətifə Soyuöz də xaker hücumlarına məruz qalan sənətçilər sırasına qatılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu haqda müğənni “instagram” hesabında məlumat verib.

Belə ki, sənətçi, brendinə məxsus olan biznes səhifəsinin bağlandığını izləyicilər ilə bölüşüb:

“Səhifəmiz xaker hücumundan dolayı bağlanmışdır. Müvəqqəti narahatçılığa görə üzr istəyirəm. Yaxın zamanda aktiv profilimizdə hamınızı gözləyirik” deyə müğənni bildirib.

Lətifə əlavə edib ki, qısa zamanda səhifəni qaytara bilib:

“Hazırda profil özümdə olsa da, heç bir paylaşım qalmayıb”.

admin

Related Posts