Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Lalə Azərtaşdan atası ilə bağlı paylaşım

Lalə Azərtaşdan atası ilə bağlı paylaşım

Aparıcı Lalə Azərtaş atası Qabil bəylə bağlı paylaşım edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, aparıcı atasının ad günü olduğunu vurğulayıb:

“Əziz atam, sağ qanadım, Allah payım, təmiz adım. Nə yaxşı varımsan, Allaha sizin üçün sonsuz dualar edirəm. Getməyə davam etdiyin və bu günə kimi keçdiyin ömür yolunla fəxr edirəm. Düzlük hər yerdə qalibdir deyərək öz düz yolunda əlimizi heç buraxmadın. Yaşın cavan olsa da tanıyanlar ən gənc vaxtından agsaqqal dedilər sənə. Bu gün saqqalın kimi, saçının da hər teli ağarıb demək olar ki… Saçının hər bir telinə qurban. Sən çox yaşa ki, mənim xoşbəxtliyim uzun olsun. Şükür ki, mən Lalə Qabil qızıyam. Sən isə sözün hər mənasında 72 illik həyat cığırında Qabilsən və qalibsən”.

admin

Related Posts