Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Damla: “Toyu silahlı adamlar basdı, bəylə birgə bütün kişiləri…”

Damla: “Toyu silahlı adamlar basdı, bəylə birgə bütün kişiləri…”

“Gəncədə toyda idim. Çox şən toy gedirdi. Anidən gəlinin atası yıxıldı, hamı ətrafına toplaşdı. Adamın ürəyi dayanmışdı. Gəlinin ağ libasda meyiti qucaqlayıb qışqıraraq ağlamasını unuda bilmirəm”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu fikirləri lent.az-a müsahibəsində müğənni Damla söyləyib. O, getdiyi el şənliklərində və toylarda başına gələn maraqlı məqamlardan danışıb.

“Gürcüstanda toyda qulağımın dibində atəş açdılar. Qorxudan ölmüşdüm. Çox pis qorxmuşdum. Ömrümdə silah görməmişdim. Özümü toplayıb məclisi idarə eləmək xeyli zamanımı aldı. Çox çətin olmuşdu o gün mənə”, – müğənni bildirib.

O, Rusiyada toyda yaşanmış qeyri-adi bir hadisədən də danışıb.

“Peterburqda toyda idik. Çox şən bir məclis idi. Birdən əli silahlı polislər məclisi basdılar. Heç kimin şadlıq evindən çıxmağa ixtiyarı yox idi. Hadisə olmuşdu, bütün kişiləri, hətta toyun bəyini də götürüb apardılar. Toy cəmi 2 saat davam etdi. Məclisdə ancaq qadınlar qalmışdı, Məcbur olduq, məclisi dayandırdıq”, – o vurğulayıb.

admin

Related Posts