Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prezident Samir Rzayevi AZAL prezidenti təyin etdi – Dosye

Prezident Samir Rzayevi AZAL prezidenti təyin etdi – Dosye

Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti təyin edilib.

Birinci24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev QSC-nin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 1-də imzaladığı sərəncamla Cahangir Əsgərovu “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad etmiş, onun vəzifəsinin müvəqqəti icrası AZAL-ın birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilmişdi.
Qeyd edək ki, Samir Rzayev AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə 2022-ci ilin noyabr ayında təyin olunmuşdu.

Bu vəzifədən əvvəl isə “Bravo” supermarketlər şəbəkəsində satış müdüri olub. Samir Rzayev 2017-ci ildən “Bravo”da işləyib.

2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri olub.
Samir Rzayev 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində magistr təhsili alıb.
Onu da qeyd edək ki, “Bravo” supermarketlər şəbəkəsi ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus “Azərbaycan Supermarket” MMC-yə bağlıdır.

Editor

Related Posts