Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanın Qərbə qarşı antitəbliğatı hansı qüvvələrə maraqlıdır?

Azərbaycanın Qərbə qarşı antitəbliğatı hansı qüvvələrə maraqlıdır?

Son illər Azərbaycan-Qərb qarşıdurması davam edir. Vəziyyət o həddə çatıb ki, Dövlətin yuxarı eşalonunu təmsil edənlər açıq-aşkar ABŞ və Avropa ölkələrinə qarşı tənqidi çıxışları ilə bu qarşıdurmanı daha da kəskinləşdirirlər. Kremlin müttəfiqi iqtidarla Qərb arasında gərginlik getdikcə dərinləşir.Azərbaycanda bu şəraiti yaradanlar günahı Qərbin üstünə atmaqla, özlərini bu təbliğatdan kənar tutmaq istəslərdə reallıq göz qabağındadır.

Maraqlıdır ki, hakimiyyətin monopoliyasında olan mətbuat, Azərbaycanın dünyada təkləndiyini deyir! Amma başa düşmürlər ki, Azərbaycanın təklənməsinə səbəb xalq deyil, hakimiyyətdir. Nə qədər ki, bu hakimiyyət rus rejiminin yanında olacaq, Azərbaycanın təkliyi davam edəcək.

Çünki, hakimiyyətin başbilənləri ölkəmizi Qərbə və Avropaya inteqrasiya etmək əvəzinə, köhnə təfəkkürlü avtoritar rejimi ilə qonşu dövlətləri öz müstəmləkəsinə çevirmək istəyən Rusiyaya tərəf yönəldir ki, buda xalqımızın əzab-əziyyətlə qurduğu müstəqil dövlət təfəkkürünü alt-üst edir. Vəziyyət o həddə çatıb ki, hakimiyyətin diqtəsi ilə fəaliyyət göstərən media öz təbliğatında ABŞ və Avropa ölkələri haqqda iyrənc reportaj və verlişlər verməklə əhalini müasir və firavan demokratik cəmiyyətlərə qarşı nifrət obrazını yaratmaq istəyirlər.

Halbuki, əhalinin böyük əksəriyyəti bu hakimiyyətin hansı mövqedə olmasını və cəmiyyəti hara sürüklədiyi güzkü kimi hamısına məlumdur. Ona görə ki, hakimiyyətin on illərlə apardığı təbliğat maşını, xalqın mənəviyyatını, gənclərin beyin təfəkkürünü, hətta vətən sevgisini belə korlamaqla məşğuldur. Tarixən, xalqı əsarətdə saxlamağı xoşlayan avtoritar rejimlər hər zaman bu cür təbliğatlarları ilə ölkələrini idarə etmiş, xalqın yaşayış səviyyəsini yüksəltmək əvəzinə, yoxsul vəziyyətdə yaşamasına və vətəndaşlarının mənəviyyatını korlamağa şərait yaratmışlar. Anıcaqlısı budur ki, Azərbaycan hakimiyyətidə məhz avtoritarizm sistemini üstün tutaraq, ölkədə azad söz və demokratik cəmiyyətin qurulması üçün repressiyalar aparmağı öz əlində alət edib.

Bax budur Azərbaycan reallıqları!

Bir ölkədəki Azərbaycanın gələcəyi sayılan uşaqlara aylıq müavinət ayrılmırsa, qocalıq pensiyası, digər müavinətlər və əməkhaqqlar günün tələblərinə cavab vermirsə onda bu ölkənin demokratik cəmiyyətdən təcrid olunmasının səbəbkarı kimdir?

Bu sualı hakimiyyətin başbilənləri düşünməli və Azərbaycan xalqını Rusiyaya deyil Qərbə və Avropaya inteqrasiya etmək yolunu tutmalıdır.

Müəllif – Aqil Mahmudlu

Editor

Related Posts