Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb.

Birinci24.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, may ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Editor

Related Posts