Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan və Hindistan ilk müdafiə məsləhətləşmələrini keçirdi

Ermənistan və Hindistan ilk müdafiə məsləhətləşmələrini keçirdi

Ermənistan və Hindistan arasında ilk müdafiə məsləhətləşmələri İrəvanda baş tutub.

Birinci24.com xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ermənistan tərəfini ölkənin Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyan, Hindistanı – Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə katib Şri Vişveşa Negi təmsil edib.

Görüşdə Ermənistan və Hindistan nümayəndələri müdafiə sahəsində mövcud tərəqqi və əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Əsas diqqət hərbi-texniki tərəfdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, eləcə də ölkələr arasında təcrübə mübadiləsi məsələlərinə yönəldilib.

Editor

Related Posts