Mayın 16-da Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçiriləcək.
Birinci24.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iki ölkənin parlament rəhbərlərinin görüşü Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Hazırlıq Komitəsinin iclası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında sonuncu görüş martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində keçirilib.