Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikasının mərkəzi aparatı, rayon (şəhər) və Naxçıvan hərbi prokurorluğunun əməkdaşları arasında futbol turniri keçirilib

Naxçıvan Muxtar Respublikasının mərkəzi aparatı, rayon (şəhər) və Naxçıvan hərbi prokurorluğunun əməkdaşları arasında futbol turniri keçirilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə prokurorluq əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş futbol turnirinin final oyunu keçirilib.

Finalda Naxçıvan Muxtar Respublikası prokurorluğunun mərkəzi aparatının komandası ilə Naxçıvan hərbi prokurorluğunun komandası qarşılaşıb.

Oyunda Naxçıvan hərbi prokurorluğunun komandası qalib gəlib.

Sonda 1-ci və 2-ci yerə çıxan komandalar Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Naxçıvan hərbi prokuroru Aqil Axundov və Naxçıvan Muxtar Respublikasının Gənclər və idman naziri vəzifələrini icra edən Məcid Seyidov tərəfindən mükafatlandırılıb.

Editor

Related Posts