Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərurda gənclər üçün kibertəhlükəsizlik bağlı düşərgə təşkil olunub

Şərurda gənclər üçün kibertəhlükəsizlik bağlı düşərgə təşkil olunub

Birinci24 informasiya agentliyi xəbər verir ki, Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş ” Kibertəhlükəsizliyin əsas prinsipləri” mövzusunda “Cyber Bootcamp” layihəsinə start verilib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Kapital Bankın birgə təşkilatçılığı ilə reallaşan düşərgədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edir.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, rəqəmsal inkişaf və nəqliyyat naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Rahid Ələkbərli, aidiyyatı təşkilatların rəhbər və nümayəndələri, sahə mütəxəssisləri düşərgənin mövzusu və əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə savadlı, intellektli, vətənpərvər gənclik modeli formalaşıb və onlar ən müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Gənclər Vətənə, xalqa, dövlətçiliyə ləyaqətlə xidmət edirlər.

Vurğulanıb ki, bütün dünya üçün aktual olan kibertəhlükəsizlik sahəsinə Azərbaycanda xüsusi önəm verilir. Azərbaycan Prezidentinin kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə dair müvafiq Fərmanı ilə bu sahədə mühüm addımlar atılıb, uğurlar qazanılıb.

Çıxış edənlər muxtar respublikada olan tələbələrin, gənclərin kibertəhlükəsizlik sahəsində özlərini təkmilləşdirməsində bu tip tədbirlərin əhəmiyyətini önə çəkib, adıçəkilən layihənin yeni kadrların hazırlığı baxımından effektiv olacağına inamlarını ifadə ediblər.

Üç gün davam edəcək düşərgənin proqramında iştirakçılara tanınmış mütəxəssislər tərəfindən kibertəhlükəsizlik mühəndisliyi, sosial şəbəkələrdə informasiya təhlükəsizliyi, kibertəhlükəsizliyin hüquqi aspektləri və digər məsələlərlə bağlı təlimlərin keçirilməsi, intellektual oyun, simulyasiya və film nümayişi kimi fəaliyyətlərin icrası nəzərdə tutulub.

Editor

Related Posts