Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İranda Prezident İbrahim Rəisinin nəşi Məşhəd şəhərində dəfn olunub

İranda Prezident İbrahim Rəisinin nəşi Məşhəd şəhərində dəfn olunub

İranın şimal-qərbində helikopter qəzasında ölmüş Prezident İbrahim Rəisinin nəşi cümə axşamı günü Məşhəd şəhərinə aparılaraq, orda dəfn edilib, İranın rəsmi İRNA saytı yazır.

Sayt bildirir ki, eks-prezident İmam Rza ziyarətgahında dəfn edilib.

“İranın eyni qəzada ölmüş xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə paytaxt Tehranın cənubundakı Rey şəhərində, Əbdül-Əzim əl-Həssaninin ziyarətgahında dəfn edilib”, saytın digər xəbərində deyilir.

Mayın 19-da İranın Şərqi Azərbaycan vilayəti ərazisində uğramış İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və daha yeddi nəfərlə vida mərasimi çərşənbə günü Tehran Universitetində keçirilib.

Helikopterin Təbrizə neft emalı zavoduna gedərkən qəzaya uğradığı bildirilib.

Vida mərasimində iştirak edən sakinlər “Bu gün matəmdir” qışqıraraq başsağlığı veriblər, İranın rəsmi xəbər agentliyi bildirib.

Mərasimdə İranın Ali dini lideri Ayətullah Xameneyi və ölkənin başqa dövlət adamları iştirak edib.

İranda baş vermiş qəza ilə bağlı 5 günlük matəm elan edib.

iran, ibrahim rəisi, dəfn, hekilopter qəzası
İran
Şəklin alt yazısı,Ayətullah Xameneyi həlak olanların cənazəsi qarşısında

Tehran Universitetindəki anım mərasimində Xameneyi həlak olanların cənazə namazını qıldırıb.

Bugunki anım mərasimində iştirak edənlər arasında HƏMAS qruplaşmasının liderlərindən biri İsmayıl Haniyyənin də olduğu bildirilir.

Bu gün 40-dan artıq yüksək rütbəli xarici nümayəndə heyətinin anım mərasimində iştirak edəcəyi gözlənilir.

Azərbaycanın Baş naziri Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmilər də mərasimdə iştirak edəcək, Azərtac yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan, Tacikistanın Prezidenti İmamali Rahman anım mərasimində iştirak etmək üçün Tehrana gedib.

İbrahim Rəisi, Hüseyn Abdullahyan, dəfn, vida
Şəklin alt yazısı,Helikopter qəzasında həlak olmuş rəsmilərlə vida mərasimləri keçirilir

Həlak olanlarla vida mərasimi ötən gün Qumda və Təbrizdə keçirilib.

Minlərlə iranlı mərasimdə iştirak edib.

Ötən gün Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib, matən kitabına ürək sözlərini yazıb, president.az saytı bildirib.

Rəisinin sonuncu görüşdüyü dövlət adamı İlham Əliyev olub.

Bazar günü Azərbaycan və İran prezidentləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.

Helikopterin “sərt eniş” etməsinə dair xəbərlər ilk dəfə bazar günü, axşam saat 4-dən sonra verilib. Xilasedicilər təxminən 18 saat sonra qəza yerinə çatıblar.

İbrahim Rəisi, iran, dəfn

İranın xəbər agentliyinin məlumatına görə, helikopterin qəzaya uğramasına “uyğun olmayan hava şəraiti” səbəb olub.

İran Prezidenti İbrahim Rəisidən başqa, helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imamı Seyid Məhəmməd Əl Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Sərdar Seyid Mehdi Musəvi, Prezidentin Mühafizə Birliyinin komandiri, 2 pilot və bir ekipaj üzvü olub.

Məhəmməd Möhbər İranın müvəqqəti prezidenti təyin edilib, İranın dini lideri Ayətullah Xameneyi belə qərar verib. O, bu vəzifəni iki ay icra edəcək. İran Konstitusiyasına görə, 50 gün ərzində prezident seçkiləri keçirilməlidir. Seçkilər 28 iyuna təyin edilib.

Azərbaycan, Rusiya, Ermənistan, İraq, Birləşmiş Ərəb Əmirlikləri İrana dəstək təklif edib.

Editor

Related Posts