Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Birinci24 informasiya agentliyi xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərin davamı olaraq mayın 24-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşları 1-ci və 2- ci Qarabağ müharibələrində iştirak etmiş ümumilikdə 45 şəhid ailəsini ziyarət ediblər.

Ziyarət zamanı Naxçıvan Muxtar Respublikası Prokuroru Sənan Paşayev və rayon (şəhər) prokurorları şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıb, şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad böyütdükləri üçün şəhid valideynlərinə minnətdarlıqlarını bildiriblər.

Editor

Related Posts