Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakı və Abşeronda havada tozun miqdarı normadan iki dəfə çoxdur

Bakı və Abşeronda havada tozun miqdarı normadan iki dəfə çoxdur

Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan iki dəfə çoxdur.

Birinci24.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. 1 iyun tarixində cənub-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması nəticəsində tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir”, – o qeyd edib.

Xidmət rəsmisinin sözlərinə görə, artıq bir neçə gündür ölkə ərazisində müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

Editor

Related Posts