Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sarayda dəhşətli qəza: İki nəfər öldü – Video

Sarayda dəhşətli qəza: İki nəfər öldü – Video

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Birinci24.com xəbər verir ki, “Ural” markalı yük maşını ilə “Daewoo” markalı minik avtomobili toqquşub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə saat 15:50-də Saray qəbiristanlığının qarşısında qeydə alınıb.

“Daewoo Gentra” markalı, 10-KY-967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn “Ural” markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.

Editor

Related Posts