Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması çərçivəsində Naxçıvanda fəaliyyət göstərən taxıl anbarı kompleksinin məhsul tədarükü və xammal bazasının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, güzəştli kredit “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.
Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.