Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan gimnastları beynəlxalq turnirin mükafatçıları sırasında

Naxçıvan gimnastları beynəlxalq turnirin mükafatçıları sırasında

Dənizkənarı bulvarda “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge” turniri reallaşıb. Yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə 60-a yaxın komanda və 800-ə yaxın idmançı yer alıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, iştirakçılar iki yaş kateqoriyası – 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalda ustad dərsləri, komandaların rəngarəng yürüşləri, gimnastika hamı üçün növü üzrə nümunəvi çıxışlar və əyləncəli proqramlar əhali tərəfindən böyük coşqu ilə qarşılanıb.

Naxçıvan Atletika Federasiyasının baş məşqçisi Humay Qafarova (Naxçıvan) və məşqçi Xanım Əhmədovanın (Şərur) rəhbərliyi ilə muxtar respublikadan ümumilikdə 25 idmançı “Challenge”-də çıxış etmək imkanı qazanıb. Çıxışı birinci yerlə qiymətləndirilən “Naxçıvan” komandası turnirin qaliblərindən olub. Şərurlu gimnastlar isə üçüncü yerə sahib çıxıblar.

Editor

Related Posts