Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babək rayonunun Kültəpə kənd tam orta məktəbində şəhidin adını daşıyan sinif otağının açılışı olub

Babək rayonunun Kültəpə kənd tam orta məktəbində şəhidin adını daşıyan sinif otağının açılışı olub

Birinci24 informasiya agentliyi xəbər verir ki, məktəbin 3b sinfinə şəhid kapitan Elcan Balabəylinin adı verilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti, Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı, müəllim və şagird kollektivi, şəhid ailələri və Kültəpə kənd sakinləri iştirak edib. Çıxışçılar 44 günlük Vətən müharibəsindən, antiterror tədbirlərindən, şəhidlərimizin keçdiyi döyüş yolundan və onların qəhrəmanlığından danışıblar.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında məktəblərdə siniflərə şəhidlərin adının verilməsi artıq bir ənənəyə çevrilib. Bu tədbirlərin keçirilməsində məqsəd şagirdlərə vətənpərvərlik hisslərini aşılayaraq şəhidlərimizin həyat yolunun hər bir vətəndaşımıza nümunə olduğunu diqqətlərinə çatdırmaqdır.

Qeyd edək ki, kapitan Elcan Balabəyli Vətənə nümunəvi xidməti ilə seçilən zabit olub. O, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 27 sentyabrda başlayan Vətən müharibəsində və 2022-ci ilin Qisas əməliyatlarında iştirak edib, bir çox uğurlu əməliyyatlarda qəhrəmanlıq göstərib. 2023-cü il sentyabr ayının 19-da keçirilən antiterror tədbirləri zamanı şəhid olub.

Editor

Related Posts