Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesində referendumun keçirilə biləcəyini istisna etməyib.
Birinci24.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o bu barədə Sünikin Şinuair kəndinin sakinləri ilə görüşü zamanı danışıb.
Paşinyan bildirib ki, hansısa ərazilərin mübadiləsi təklifinin olacağı bir vəziyyəti qəbul edir:
“Məsələn, buradan 100 kv. metr verib başqa bir yerdən eyni ölçüdə torpaq alırsan. Belə olan halda hakimiyyət qərar verə bilməz, bununla bağlı referendum keçirilməlidir. Biz düzgün başa düşməliyik – biz Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik”.