Raksana İmir aparıcısı olduğu verilişdən ayrılmaq məcburiyyətində qalıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, o, “Space” TV-də yayımlanan “Salamlar” proqramında son efirinə çıxıb. Canlı yayımda izləyiciləri və kollektivlə sağollaşan aparıcı duyğusal anlar yaşayıb.
Aktrisa kimi də fəaliyyət göstərən İmir ayrılıq qərarına səbəb kimi səhhətində yaranan problemi göstərib.
Qeyd edək ki, Raksana İmir “Space Maqazin” verilişində aparıcılıq fəaliyyətinə davam edəcək.