Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, iyunun 20-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunub.

IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. İştirakçılar Bakı, Sumqayıt, Ağstafa, Göyçay, Cəbrayıl, Naxçıvan, İsmayıllı, Cəlilabad, Qəbələ, Ağdam və Ucardan qatılıblar.

Naxçıvan Dövlət Universitetində təşkil olunan finalda münsiflər heyəti tərəfindən şagirdlərə açıq tipli suallar təqdim edilib.

Olimpiadada 18 qalib (3 nəfər I, 6 nəfər II, 9 nəfər III yer) seçiləcək. Qaliblərin mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək.

Editor

Related Posts