Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Erməni əsilli deputat Bolqarıstanda parlament sədri seçildi

Erməni əsilli deputat Bolqarıstanda parlament sədri seçildi

Bolqarıstanda erməni əsilli deputat Raya Nazaryan parlament sədri seçilib.

Birinci24.com Bolqarıstan KİV-ə istinadla xəbər verir ki, səsvermənin üçüncü turunda Bolqarıstanın 50-ci Milli Assambleyasının (parlamentinin) sədri vəzifəsinə “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” partiyasından və Demokratik Qüvvələr İttifaqı blokundan deputat Raya Nazaryan seçilib.

Onun namizədliyini 131 deputat dəstəkləyib. 66 deputat əleyhinə səs verib, 39 deputat isə bitərəf qalıb.

Onun əsas rəqibi “Dirçəliş” partiyasının nümayəndəsi Petar Petrov 54 deputatın səsini toplayıb.

Ümumilikdə, parlament sədri vəzifəsinə 4 partiyanın namizədləri irəli sürülüb. Raya Nazaryan topladığı səslərin sayına görə digər 3 partiyadan olan namizədləri geridə qoyub.

Bolqarıstan parlamentində spiker seçkiləri iki gün davam edib. Parlament sədrinin müavinlərinin seçkiləri müzakirəsiz keçib. Parlamentdə təmsil olunan bütün siyasi birliklər öz nümayəndələrini parlament rəhbərliyinə təqdim ediblər.

Qeyd edək ki, iyunun 9-da Bolqarıstanda Xalq Məclisinin yeni tərkibi seçilib və iyunun 19-da deputatlar and içərək, öz vəzifələrinin icrasına başlayıblar.

Editor

Related Posts