Azərbaycanda fəaliyyət göstərən dövlət ail təhsil müəsssisələrində 14 min 282 müəllim fəaliyyət göstərir.
Birinci24.com xəbər verir ki, son bir ildə müəllimlərin sayı 650 nəfər və ya 4,8% artıb.
Qeyd edək ki, dövlət aili təhsil müəsssisələrində işləyən müəllimlərin 8%-i (1 137 nəfər) elmlər doktoru, 38,6%-i isə (5 518 nəfər) fəlsəfə doktoru elmi dərəcəsinə sahib olub.
Bundan başqa müəllimlərin 977 nəfəri professor, 3 653 nəfəri isə dosent elmi adı daşıyıb.
Onu da bildirək ki, son bir ildə dövlət aili təhsil müəsssisələrində işləyən professorların sayı 2,2% (21 nəfər), dosentlərin sayı isə 1,4% (49 nəfər) artıb.