Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

SOCAR Gürcüstan millisinin İspaniyaya qalib gələcəyi təqdirdə yanacağın qiymətində endirim edəcəyini vəd edib

SOCAR Gürcüstan millisinin İspaniyaya qalib gələcəyi təqdirdə yanacağın qiymətində endirim edəcəyini vəd edib

“SOCAR Georgia Petroleum” Gürcüstan millisinin İspaniya yığmasını məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətində endirim vəd edib.

Birinci24.com xəbər verir ki, bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin sosial media hesabında məlumat paylaşılıb.

Sözügedən açıqlamada deyilir:

“Portuqaliyaya vurduğunuz 2 qoldan ilhamlanaraq, bu dəfə biz də bir vəd vermək istəyirik. Gürcüstan İspaniyanı məğlub edəcəyi təqdirdə, bazar ertəsi (1 iyul tarixində) saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün yanacaq növlərini 2 lariyə satacağıq”.

Qeyd edək ki, Gürcüstan – İspaniya yığmaları 30 iyun saat 23:00-da qarşılaşacaqlar.  

Editor

Related Posts