Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda əhalinin ən sıx və ən seyrək məskunlaşdığı rayonlar – Siyahı

Azərbaycanda əhalinin ən sıx və ən seyrək məskunlaşdığı rayonlar – Siyahı

Xəbər verdiyimiz kimi, Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 16 min 376 nəfər və ya 0,2% artaraq iyun ayının 1-i vəziyyətinə 10 milyon 197 min 146 nəfərə çatıb.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əhalinin ümumi sayının 54,5%-ini şəhər, 45,5%-ini kənd sakinləri təşkil edib.

Məlumat üçün bildirək ki, hazırda ölkə ərazisində 1 kv. km.-ə düşən əhali sayı 117 nəfərə bərabərdir. Paytaxt Bakıda bu göstərici 1 092 nəfər təşkil edir.

Onu da bildirək ki, ölkə ərazisində əhalinin ən sıx məskunlaşdığı rayon Nəsimi rayonu hesab olunur.

Nəsimi rayonunda 1 kv. km.-ə düşən əhali sayı 21 min 880 nəfər olub. Ən seyrək məskunlaşma isə Xocavənd rayonunda qeydə alınıb. Bu rayonda 1 kv. km.-ə düşən əhali sayı 8 nəfər olub.

Ölkədə əhalinin ən sıx məskunlaşdığı (1 kv. km.-ə düşən əhali sayı) 10 şəhər və rayon aşağıdakılardır:
Nəsimi rayonu – 21 880 nəfər
Yasamal rayonu – 9 655 nəfər
Nizami rayonu – 9 235 nəfər
Xətai rayonu – 9 167 nəfər
Nərimanov rayonu – 9 005 nəfər
Sumqayıt şəhəri – 4 733 nəfər
Səbail rayonu – 3 387 nəfər
Gəncə şəhəri – 3 003 nəfər
Binqədi rayonu – 1 806 nəfər
Suraxanı rayonu – 1 728 nəfər

Ölkədə əhalinin ən seyrək məskunlaşdığı (1 kv. km.-ə düşən əhali sayı) 10 şəhər və rayon isə bunlardır:
Xocavənd rayonu – 8 nəfər
Xızı rayonu – 10 nəfər
Xocalı rayonu – 12 nəfər
Kəlbəcər rayonu – 24 nəfər
Şahbuz rayonu – 30 nəfər
Daşkəsən rayonu – 32 nəfər
Qobustan rayonu – 34 nəfər
Qax rayonu – 39 nəfər
Samux rayonu – 40 nəfər
Oğuz rayonu – 41 nəfər

Editor

Related Posts